• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadlı Hikməti "Lotu Quli" öldürtdürüb? - ŞOK İDDİA

Sabirabadlı Hikməti "Lotu Quli" öldürtdürüb? - ŞOK İDDİA
28.10.2018 20:35
"Lotu Quli” ləqəbli "qanuni oğru” Nadir Səlifovun Türkiyədə ikinci dəfə saxlanılmasından sonra Rusiya kriminal avtoritet barədə tələbini yenidən gündəmə gətirib.

Yenicag.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi İnterpola "qanuni oğru”nun axtarışda olduğunu xatırladaraq ekstradisiyasını istəyib.
Məsələ burasındadır ki, Rusiya oktyabrın 8-də "Quli”nin birinci dəfə İstanbulda saxlanılmasından sonra da İnterpola ekstradisiya barədə sənədləri təqdim edib. Lakin bu tələbə heç bir cavab verilməyib.
Bu zaman "Quli” Rusiya ərazisində çoxsaylı cinayət əməllərilə bağlı yerli KİV-lərdə dərc olunan məlumatlara görə və 2016-cı ildə Türkiyədə əsas rəqibi Rövşən Lənkəranskini öldürməkdə günahlandırılırdı. Lakin bir gün sonra "Quli” azadlığa buraxılmış, barəsində çıxarılan deportasiya qərarı isə ləğv edilmişdi.
22 oktyabrda "Quli” ikinci dəfə Türkiyədə saxlanıldıqdan sonra Rusiya DİN-i yenidən ekstradisiya tələb etdi. Məlumata görə, Rusiya artıq bir ildən çoxdur ki, Səlifovu insan oğurluğunda və zorla pul tələb etməkdə ittiham edir. Lakin o, bantizimdə də günahlandırıla bilər.
Mənbənin məlumatına görə, "qanuni oğru” Rusiyaya təhvil verilsə, DİN onun barəsində iki köhnə ölüm işini də qaldıracaq. Söhbət əsasən, "qanuni oğru”lar Hikmət Muxtarov (Hikmət Sabirabadski) və Çingiz Axundovdan (Çingiz Sedoy) gedir.
Bu iki "qanuni oğru” "sxodka”lardan birində "Quli”ni "tac”dan məhrum etməyi də bacarıblar. Lakin bu qərarı qəbul etməyən "Quli” Azərbaycan "koloniya”larında kriminal həyata tam nəzarəti qoruyub saxlayıb.
Qeyd edək ki, 2006-cı ildə Muxtarov Moskvada naməlum şəxslər tərəfindən güllənərək öldürülüb. Qısa zaman sonra Çingiz Axundovun da həyatına son qoyulub.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol