• $
  • €
  • ₽
  • ₺
  • £

Yerdə güclü maqnit qasırğası

Yerdə güclü maqnit qasırğası
29.10.2014 20:29
Son günlər Günəşdə güclü partlayışlar qeydə alınıb.Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, oktyabrın 25-27-də Günəşdə 4 güclü partlayış baş verib. Oktyabrın 25-də baş verən partlayış ötən gün Yerdə maqnit qasırğasına səbəb olub. Sonrakı 2 gündə baş verən partlayışlarda isə alışma güclü olsa da, atılma Yerə istiqamətlənmədiyindən təsiri zəifdir: “Oktyabrın 25-də iki alışma qeydə alınıb. Ən güclü alışma X 3,1 balında olub və gecə saat  01:07-də başlayaraq saat 01:41-də qurtarıb. Bu qasırğa oktyabrın 28-də Yerdə maqnit qasırğası yaradıb. Oktyabrın 25-də növbəti partlayış baş verib. Axşam 20:55-də başlayıb, 21:08-də başa çatan partlayışın gücü isə 1 bal olub. Oktyabrın 26-da X 2 bal gücündə olan növbəti partlayış baş verib ki, o da 14:04-də başlayıb, 14:46-da başa çatıb”. N.Cəlilov qeyd edib ki, bu Günəş partlayışlarının hamısı güclü olsa da, Yerə tərəf atılmalar zəif olduğuna görə güclü qasırğaya səbəb olmayıb. Onun sözlərinə görə, Günəşdə növbəti partlayış oktyabrın 27-də baş verib. X 2 bal gücündə olan partlayış saat 18:02-də başlayıb, saat 18:47-də qurtarıb: “Oktyabrın 27-də baş vermiş partlayışın hansısa təsiri olsa, sabah hiss olunacaq. Amma ehtimal azdır. Çünki disk dönüb və partlayışın istiqaməti Yerə yox, başqa tərəfədir”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol