Azərbaycanda icra hakimiyyətinin maşını velosipedçinin üstündən keçdi – Ölən var

Mingəçevirdə dəhşətli yol qəzası baş verib.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, Energetika küçəsində şəhər icra hakimiyyətinin balansında olan və məişət tullantılarının toplanması üçün istifadə edilən "JAK” markalı, 90 JA 151 dövlət qeydiyyat nişanlı yükdaşıma texnikası velosipedçini vurub. Belə ki, Mübariz Atayev idarə etdiyi yük maşını ilə onunla eyni istiqamətdə velosipedlə irəliləyən 1949-cu il təvəllüdlü Saat Mikayılovu kənara sıxıb. Nəticədə velosiped aşıb və 69 yaşlı S.Mikayılov yük maşınının təkərinin altında qalıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Mingəçevir şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























