Məktəblərdə yeni qadağa: Nazir əmr imzaladı

"Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna dəyişiklik edilib.
Anews.az-ın məlumatına görə, bu barədə sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycanda şüa diaqnostikası şöbələrinin (kabinetlərin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının uşaq müəssisələrində (körpələr evi, uşaq bağçası, məktəblər) yerləşdirilməsi qadağan olunub.
Qeyd edək ki, indiyədək bu qadağa yalnız yaşayış binalarına aid olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























