• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəzən dəb xatirinə, ailə qurmaq üçün hicab bağlayırlar" – Hacı Şahin

"Bəzən dəb xatirinə, ailə qurmaq üçün hicab bağlayırlar" – Hacı Şahin
29.10.2018 17:09
"Əvvəl hicab geyinirdi, indi isə hicabda deyil” – bu sözləri son vaxtlar çox eşidirik. Xanımlar müxtəlif niyyətlərlə başına hicab bağlayır, sonradan isə normal geyimlərinə qayıdırlar. Bu isə müzakirələrə və xoşagəlməz söz-söhbətlərin ortaya çıxmasına səbəb olur.

Mövzu ilə əlaqədar tanınmış ilahiyyatçı , "Məşədi Dadaş” məscidinin imam camaatı hacı Şahin Həsənli açıqlama verib. Onun fikrincə, dini hökmlərə əməl etməkdə başlıca məsələ niyyətdir:

"İnsan xeyirxah əməlini Allah rizası üçün yerinə yetirməlidir. İnsan istər hicab geyinmək, istərsə də digər dini vaciblərə əməl etmək istəyirsə, bunu Allahın rizası üçün etməlidir. Bəzən insanlar başqa niyyətlərlə hicaba keçirlər. Kimi axına düşür, kimi, dəb xatirinə, kimi də ailə qurmaq üçün hicab bağlayır. Təbii ki, belə niyyətlərlə hicabı vasitə kimi istifadə etmək yolverilməzdir və günahdır. Din səmimiyyəti sevir, hər bir əməli səmimi şəkildə yerinə yetirməlidir.

Xanımlar hicab geyinib-geyinməməkdə azaddır. Qurani-Kərimdə hicabın bağlanması barədə ayə var, amma bu, insanın öz ixtiyarında olan məsələdir. Yaxşı olar ki, belə məsələlərə qadınlar ciddi yanaşsınlar. Çünki din xatirinə deyil, hər hansı məqsəd üçün hicab bağlayan şəxslər dini dəyərlərin ucuzlaşmasına gətirib çıxarır, başqalarında dinə qarşı inamsızlıq yaradır. Dini cəhətdən vacib nüanslarla, o cümlədən hicabla zarafat etmək olmaz”.

mənbə: modern.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol