• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakılifttəmir"in eks-rəisinin cinayət işi barədə yeni açıqlama

"Bakılifttəmir"in eks-rəisinin cinayət işi barədə yeni açıqlama
30.10.2018 12:08
Oktyabrın 1-dən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumatda, eyni zamanda, "Bakılifttəmir" İstehsalat Birliyində aparılan araşdırmaların davam etdirildiyi vurğulanıb:

"Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən "Bakılifttəmir" İstehsalat Birliyində aparılır. Hazırda "Bakılifttəmir" İstehsalat Birliyində yoxlamalarla bağlı açılan cinayət işinin istintaqı da davam etdirilir. Proseslərin yekunu barədə ictimaiyyətə məlumat veriləcək".

Q.Şükürovun səhhətilə bağlı Azərbaycandan kənarda müalicə almasına gəlincə, istintaq getdiyindən, onun ölkədən kənara çıxmasının mümkün olmadığı qeyd olunub.

Qeyd edək ki, "Bakılifttəmir" İstehsalat Birliyilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Həmçinin, Q.Şükürovla bağlı əlavə olaraq, Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən müavin Eldar Əzizov "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu vəzifəsindən azad edib.

Xatırladaq ki, ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol