• $
  • €
  • ₽
  • ₺
  • £

Qızdırmanı dərmansız salmağın yolları - Daha asan

Qızdırmanı dərmansız salmağın yolları - Daha asan
30.10.2018 23:00
Soyuqdəymə və qripp zamanı bədən hərarəti artır ki, bu əksər insanlarda narahatçılığa və qorxuya səbəb olur.

Lakin bundan qorxmaq lazım deyil. Hərarətin artması tam normal təbii prosesdir, orqanizmin müdafiə mexanizmidir. Hərarətin artması insanın immun sisteminə daha fəal işləməyə kömək edir ki, nəticədə insan daha tez sağalır. Bu səbəbdən həkimlər ağır xroniki xəstəlikləri olmayan cavan insanlara 38,5 C qədər hərarəti salmağı tövsiyə etmirlər.

Hərarət 38,5 C qalxdıqda isə dərhal dərmanlara əl atmayın. Hərarət salan dərmanların əksər hissəsinin müxtəlif yanaşı təsirləri var. İlk növbədə hərarəti fizioloji üsullarla salmağa çalışın. Medicina.az bu üsulları təqdim edir:

1. Yüksək hərarəti olan insan az hərəkət etməli, uzanmalıdır. Hərəkət bədən hərarətinin artmasına gətirib çıxardır.

2. Xəstənin paltarı mümkün qədər yüngül olmalı, otağın temperaturu 18-20 C olmalıdır. İsti yorğan, otağın isti havası hərarətin artmasına səbəb olacaq.

3. İlıq suda dəsmal isladın və xəstənin bədənini yüngül sürtün. Bu sadə üsul hərarətin düşməsinə kömək edir. Suya araq və ya sirkə əlavə edə bilərsiniz. Soyuq sudan istifadə etməyin, bu damarların sıxılmasına və hərarətin daha da artmasına səbəb olacaq.

4. Alın, gicgahlar, qolaltı, qasıq büküşlərinə sirkəli suda (20-22 C) isladılmış kompreslər qoyun. Kompresləri hər 10 dəqiqədən bir dəyişin.

5. Çoxlu maye qəbul edin. Bu limon, moruq və ya zoğal mürəbbəsi  əlavə olunmuş su, itburnu dəmləməsi, nanə və ya çobanyastığı çayı, ballı-zəncəfilli çay ola bilər. Çay, qəhvə, şirin içkiləri qəbul etmək tövsiyə edilmir.

6. Adətən hərarətin yüksəlməsi zamanı iştaha azalır. Xəstəni zorla yedizdirməyin. Qida qəbulu hərarəti artırır.

Fizioloji üsullar kömək etmirsə və hərarət artırsa, tərkibində ibuprofen olan hərarət salan dərman qəbul edin. İbuprofen tərkibli preparatlar hal hazrda ən ziyansız sayılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol