• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır

“Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır
30.10.2018 17:24
"Nar”-ın yenilənmiş "Çünki, daha çoxuna layiqsən” şüarı müştərilərə fərdi yanaşma və müştəri yönümlü brend strategiyasını aydın şəkildə əks etdirir. Müştəri məmnuniyyəti və loyallığı "Nar” üçün prioritet hədəf olaraq qalır. "Azerfon”un Marketinq üzrə direktoru Qəhman Kazımov fins.az portalına  geniş müsahibəsində bunu deyib. Məqsəd müştərilərin ehtiyaclarını qarşılamaq, keyfiyyətli xidmətlər təklif etməklə onların gündəlik həyatlarında daha çox dəyər yaratmaq və etibarlı tərəfdaş olmaqdır. "Nar”-ın məqsədlərindən biri müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir. Q.Kazımov musahibə zamanı "Nar”-ın əldə etdiyi nailiyytələr barədə də ətraflı məlumat verib. İnternet istifadəçilərinin sayı bu ilin 3 rübündə 29% artıb. Bu həm lokal, həm də qlobal bazarlarla müqayisədə yüksək nəticədir. Bundan başqa, 4G istifadəçilərinin sayı 300 mini keçib. Bu isə 2.1 milyon müştəri bazası olan oparator üçün yüksək nəticədir. Bundan başqa, Q.Kazımov məlumat verib ki, "Nar” müştəri məmnuniyyəti sahəsində də böyük nailiyyət əldə edib. Müştəri məmnuniyyəti göstəriciləri bu ilin ikinci rübündə, keçən illə müqayisədə 35% artıb. 

"Azerfon”un Marketinq üzrə direktoru "Nar”-ın gələcək planları barədə də məlumat verib. "Full” paketlərinə bənzər paket təklifərinin say və çeşidinin artması gözlənilir. Gələcəkdə innovasiya sahəsində bir sıra yeniliklər olacaq. Bunlardan biri, mobil maliyyə sahəsində olacaq yeniliklərdir. Müştərilərə elektron balans və elektron nəzarət, yəni rəqəmsal nəzarət xidmətlərindən yararlanmaq imkanı veriləcək. 

Qəhman Kazımovun fins.az portalına müsahibəsində "Nar”-ın brendində və şüarında dəyişiklik etməsinin məqsədi, müştərilərə vədləri, yenilənmiş brenddən abunəçilərin gözləntiləri, eyni zamanda rəqabət mühitində "Nar”-ın bazardakı mövqeyi, güclü tərəfləri, "Nar”-ın gələcək planları və hədəfləri barədə ərtaflı məlumat əldə etmək olar. Müsahibənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: http://fins.az/musahibe/960767/nar-uchun-esas-prioritet-musteri-memnunlugu-ve-loyalligidir.html

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol