• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalana metro xətti nə vaxt çəkiləcək? - Açıqlama

Xırdalana metro xətti nə vaxt çəkiləcək? - Açıqlama
30.10.2018 23:30
Bu gün metroya ən çox təlabatın olduğu yerlərdən biri də sözsüz Abşeron rayonu Xırdalan şəhəridir.

Paytaxta yaxın yerdə yerləşməsi, üstəlik buradakı evlərin nisbətən ucuz olması əhalinin sözügedən ərazidə daha çox məskunlaşmasına səbəb olur. Bu göstəriciləri əsas götürdüyümüz təqdirdə, yaxın gələcəkdə sözügedən ərazidə metro xəttinin istifadəyə verilməsi planlaşdırılırmı?

Məsələylə bağlı metbuat.az-a açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Xırdalanda metro stansiyasının istifadəyə verilməsi nəzərdə tutulmur:

"Həmin istiqamətə yaxın olan metronun Bənövşəyi xəttidir. Onun axrıncı stansiyası Avtovağzaldır. Avtovağzal stansiyasından Xocahəsən qəsəbəsində yerləşən depomuz olacaq. Hazırda onun inşaası davam etməkdədir. Bu ilin aprel ayında onun sağ tunelinin qazıntı işləri başa çatır, digər tuneldə isə iş gedir.

Avtovağzal-Memar Əcəmi xəttinin 3-cü stansiyası 2019-cu ilin axrı, 2020-ci ilin əvvəlində Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, "Papanin" kimi tanınan ərazidə istifadəyə veriləcək. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"ndə Xırdalanda metro stansiyasının istifadəyə verilməsi nəzərdə tutulmur".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol