• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı sabiq nazirin güllələnən kürəkəni öldü? - Xəbər var

Azərbaycanlı sabiq nazirin güllələnən kürəkəni öldü? - Xəbər var
31.10.2018 14:01
Xəbər verdiyimiz kimi, 18.10.2018-ci il tarixində Azərbaycan baş nazirinin sabiq müşaviri, eks kənd təsərrüfatı naziri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karaman silahlı hücuma məruz qalıb. Belə ki, iş adamı İstanbulun Beykoz ərazisində maşınında atəşə tutulub. A.Ç və M.A.M tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Musa Məmmədovun yaxını Unikal.org-a bildirib ki, Mustafa Erkin Karaman güllələnmə hadisəsindən sonra xəstəxanaya yerləşdirilib. Qarın boşluğundan 2 güllə yarası alan biznesmen xəstəxanaya yerləşdirildikdən dərhal sonra həkimlər tərəfindən əməliyyat olunub. Xəstəxanada 3 gün qaldıqdan sonra evinə buraxılıb. M.Erkin hazırda amblator müalicə alır və həyatı təhlükəsi yoxdur.

Musa Məmmədov isə hadisədən 3 gün sonra Azərbaycan KİV-lərində xəbəri görüb və dərin narahatçılıq keçirməyə başlayıb. O, dərhal hadisə ilə bağlı kürəkəni Mustafa Erkin və qızı Günel Məmmədova ilə əlaqə saxlayıb. Kürəkəni səhhətinin yaxşı olduğunu və narahatçılıq üçün heç bir əsas olmadığını dilə gətirib.

Qeyd edək ki, hadisəni törədən A.Ç və M.A.M saxlanılıb. Onlardan 1 tapança və 2 ov tüfəngi götürülüb.

Xatırladaq ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Günel Məmmədova ilə Çırağan Sarayında evlənib. Günel Məmmədova Azərbaycan Respublikası Prezidentinin sabiq Müvəkkili Musa Salam oğlu Məmmədovun qızıdır. M.Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Musa Məmmədov həmçinin kənd təsərrüfatı naziri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteranıdır. İnam Kərimov Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edildikdən sonra onun xahişi ilə təcrübəsindən yararlanmaq qərarı verib. 87 yaşlı Musa Məmmədov hazırda nazirlikdə bitkiçilik və pambıqçılıq sahəsində mütəxəssis kimi çalışır.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol