• $
  • €
  • ₽
  • ₺
  • £

Ən ziyanlı gigiyenik vərdişlər – Təmizlik, yoxsa xəstəlik?

Ən ziyanlı gigiyenik vərdişlər – Təmizlik, yoxsa xəstəlik?
31.10.2018 20:30
Mütəxəssislər ən ziyanlı 3 gigiyenik vərdişləri açıqlayıblar. 

Medicina.az xəbər verir ki, bu vərdişlər dərinin təmizliyi ilə bağlıdır. Ekspertlər belə nəticəyə gəliblər ki, əllərin tez-tez yuyulması onun təbii baryerini aradan qaldırır. Son zamanlar çoxları əllər üçün nəzərdə tutulan bakteriya əleyhinə gellərdən mütəmadi olaraq istifadə edir. Bu gellərdən əslində əlləri su ilə yumağa imkan olmadıqda istifadə etmək tövsiyə olunur. Ancaq bəziləri bir növ adət edərək ehtiyac oldu-olmadı əllərini bu gellərlə təmizləyirlər. Bu vasitələrin tərkibində olan maddələr  əllərin dərisini qurudaraq zərərli bakteriyalarla yanaşı xeyirli bakteriyaları da məhv edir. 
 

Bu gellərin tərkibində olan "triklozan” maddəsi zərərli hesab edilir. Səbəbi isə həmin maddənin bakteriyalara təsir göstərib onları mutasiyaya uğradaraq yeni bakteriya növlərinin yaranmasına səbəb olmasıdır.  

Tez-tez əsasən də yeməkdən həmən sonra dişlərin təmizlənməsi də zərərli adətlərdən hesab olunur. Mütəxəssislərə görə, belə olduqda qidanın tərkibində olan turşuların diş emalına olan təsiri güclənə və onu zadələyə bilər. 
 

Bədən üçün sərt süngərin, qaynar suyun və skrabların davamlı təsiri çox zərərlidir. Amerika dermatoloqlarının fikrincə, aknedən əziyyət çəkən insanlar bədənlərini çox aqressiv şəkildə təmizləyirlər. Həddən artıq sərt bədən fırçası və  skrab nəinki dərini qıcıqlandıra, həm də bakteriyaları bütün bədənə yaya bilər ki, bu da səpgilərin çoxalmasına gətirib çıxarar.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol