• $
  • €
  • ₽
  • ₺
  • £

Antibiotik qızın bədənini elə bir hala saldı ki… – FOTO

Antibiotik qızın bədənini elə bir hala saldı ki… – FOTO
31.10.2018 21:37
Antibiotikin allergik təsiri 29 yaşlı fransız qızın bədənini 90 faiz yandırıb.

Sputnik.az xəbər verir ki, Fransanın Avinyon şəhərinin sakini Kamilla Laji badamcıqlarının müalicəsi üçün penitsilin qəbul edib. Əvvələr bu antibiotik onda heç bir allergik reaksiya verməyib. Ancaq bu dəfə onun bütün bədəni səpib və gözləri yanmağa başlayıb.

Qızın vəziyyəti pisləşdiyi üçün valideynləri onu xəstəxanaya çatdırıb. Həkimlər Lajiyə Layella sindromu və ya toksik epidermal nekroliz diaqnozunu qoyub.
Adətən bu xəstəliklərdən əziyyət çəkən xəstələrin temperaturu qalxır, bədənində səpgilər, sonra böyük sulu qabarcıqlar yaranır.

Laji Marsel şəhərində ağır yanıq diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanada 3 həftə qalıb.

"Layella sindromuna qarşı heç bir dərman preparatı yoxdur. Sadəcə olaraq morfi var ki, bu da ağrıları azaltmaq üçündür. Mən başdan ayağa bintlə bağlamışdılar. Çünki dərimin 90 faizi ikinci dərəcəli yanmışdı. Eyni zamanda dil və traxeya da zərər görmüşdü” — deyən Laji bir neçə gün danışa bilmədiyini də bildirib.

Hazırda Laji bloq yazılarında öz müalicəsi barədə yazır. O düşünür ki, belə etməklə bu xəstəlikdən əziyyət çəkən digər insanlara da kömək edə bilər.
"Mənim heç vaxt normal dərim olmayacaq. Məndə əvvəlki kimi çox sayda çapıqlar var. Və onlar hər gün mənə bu xəstəliyə qələbəmi xatırladır” — deyə Laji bildirir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol