• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur beyin cərrahından vacib tövsiyyə

Məşhur beyin cərrahından vacib tövsiyyə
31.10.2018 22:04
Dünya şöhrətli neyrocərrah Vlad Siurea beyin sağlamlığı ilə bağlı qiymətli tövsiyələrini paylaşmağa davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkim gecələr mobil telefonu yataqdan uzaqlaşdırmağı, səhərlər isə səmaya baxmağı tövsiyə edib. Cərrah beyin stimullaşdırılması üsulları barədə maraqlı açıqlamalar verib.

"Neyrocərrah kimi xəstələrimin üzündə tez-tez əzab ifadəsi görürəm. Neyrocərrahi müdaxilələr onları problemin özündən daha onları qorxudur. Və bu, normaldır. Beyin nəzarət altında saxlaya bildiyimiz orqan deyil. Bəlkə siz də bilmirsiniz, amma beyin də diqqət və istirahətə ehtiyac duyur.

Məzuniyyətlər və ya soyuq mövsüm zamanı bizdə özümüzə daha çox sərbəstlik vermək istəyi yaranır: Həddən artıq çox yemək, çoxlu içmək, gecələr kompüter arxasında oturmaq, daha çox siqaret çəkmək, qəhvənin miqdarını artırmaq və s.

Beyin heç vaxt yatmır, amma onu stimullaşdırmaq və istirahət vermək üçün bəzi üsullar var. Bəli, beyin də müsbət stimullara ehtiyac duyur", - deyə neyrocərrah və professor izah edib.


Məhz buna görə də həkim gecələr mobil telefonlardan istifadədən maksimum dərəcədə imtina etməyi, ümumiyyətlə onu yataqdan uzaqlaşdırmağı tövsiyə edir:
"Vizual beyin mərkəzlərinizi stimullaşdırmaq üçün səhərlər səmaya baxmalı və ya sadəcə olaraq təbiət mənzərələrindən zövq almalı, əhvalınızı qaldıran musiqilər dinləməli və ayılandan dərhal sonra su içməlisiniz.
Yavaş-yavaş yeyin, əks halda mədə beyini həddən artıq yükləyə bilər. Qırmızı şərab içmək tövsiyə olunur, çünki o beyində kapillyar damarlarını təmizləməyə kömək edir, amma həddi keçməyin. Unutmayın ki, aşırı alkoqol sinir hüceyrələrinə hücum edir.
Televizora az baxın, imkan verməyin ki, beyniniz mənasız proqramların qurbanı olsun.
Əgər çəkənsinizsə, həftədə bir dəfə beyinə istirahət verin. Həqiqətən keyfiyyətli və yaxşı siqar alın. Gündə bir qutu siqaretə yox deyin!" , - deyə Vlad Siurea əlavə edib.

Neyrocərrah sonda özümüzə vaxt ayırmağı məsləhət görüb: "Sakitliyi tapın, düşüncələrinizi qaydaya salın və sevinmək üçün tez-tez bəhanələr axtarın. Özünə qayğı neyronlara böyük fayda gətirir. Sevinc beyin üçün əsl qidadır!"

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol