• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı sakinlərinə şad xəbər

Bakı sakinlərinə şad xəbər
01.11.2018 09:24
Bir müddət idi ki, təmir-profilaktika işləri ilə əlaqədar işləməyən Bakı Funikulyoru artıq bu gündən yenidən fəaliyyətə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, keçən müddət ərzində Funikulyorun stansiyaları və vaqonlarda cari təmir işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. İşçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyinin dəyişməsindən sonra burada aparılan işlərdə mövcud olan yubanmalar və digər problemlər aradan qaldırılıb və Funikulyorun fəaliyyətinə start verilib.

Xatırladaq ki, Bakı Funikulyoru 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxa gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib.

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və 2012-ci il mayın 12-də aşılışı keçirilib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol