Bakıda avtobus qəzası: "Xəzər" TV-nin redaktoru ağır xəsarət aldı - FOTO

Bakıda marşrut avrobusu qəzaya düşüb.
Anews.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının yaxınlığında baş verib.
Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobus eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub. Hadisə nəticəsində avtobusda olan sərninlərdən bir neçəsi xəsarət alıb.Yaralılar paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.
Xəsarət alanlar arasında Xəzər televiziyasının redaktoru Zakirə Zakirqızı da var. O, kelle-beyin travmasi alib, dişləri tökülüb.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























