Bakıda məşhur yazıçının ev muzeyinin altında əxlaqsızlıq yuvası - FOTO

Bakıda mərhum azərbaycanlı yazıçı Məmməd Səid Ordubadiyə qarşı hörmətsizlik edilib.
Yazıçının ev muzeyinin yerləşdiyi binanın aşağı mərtəbəsində masaj salonu fəaliyyətə başlayıb. Sosial şəbəkədə müzakirələrə səbəb olan masaj salonunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi iddia edilib. Sözügedən məsələ istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Hər kəs bunu dahi yazıçıya qarşı hörmətsizlik hesab edib.
Qeyd edək ki, Məmməd Səid Ordubadi görkəmli azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçidir. O, Azərbaycanın Əməkdar İncəsənət xadimi, "Qılınc və qələm”, "Dumanlı Təbriz”, "Gizli Bakı”, "Döyüşən şəhər” kimi tarixi romanlarının müəlifidir.
mənbə:a24.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























