• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirilmişdir

Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirilmişdir
01.11.2018 12:21
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkə əhalisinin maliyyə savadlılığı səviyyəsinin artırılması tədbirlərinin icrası Mərkəzi Banka həvalə olunmuşdur. Bu tədbirlərin effektiv icrası və maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsi üçün Mərkəzi Bank tərəfindən 2015-ci ildə istifadəyə verilmiş və çoxsaylı maarifləndirici animasiyalar, öyrədici resurslar, kalkulyatorlar və intellektual oyunların yer aldığı Maliyyə savadlılığı portalının (www.bizimpullar.az) məzmunu vaxtaşırı zənginləşdirilir. 

Maliyyə savadlılığı portalında geniş əhali üçün "Şəxsi pul vəsaitlərinin idarə olunması" adlı yeni animasiya yerləşdirilmişdir. Animasiyada şəxsi pul vəsaitlərinin həm gündəlik tələbatı, həm də gələcək xərcləri ödəməsi haqqında bir sıra tövsiyələr verilir. Eyni zamanda, animasiyada pul vəsaitlərinin səmərəli bölünməsi, yerləşdirilməsi, düzgün istiqamətdə istifadəsi strategiyaları, şərtləri və digər vacib məsələlər barədə faydalı məlumatlar təqdim edilir.


Portala internet bağlantısı olan mobil cihaz, yaxud kompüter vasitəsilə daxil olaraq informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, virtual muzey və digər rubrikalar, eləcə də AMB-nin maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol