Hafiz Hacıyev: "Əsəblərim yerində deyil"

"Səhhətimdə bir az narahatlıq var. Əsəblərim yerində deyil. Hazırda müalicə alıram”.
Bunu A24.az-a səhhətində yarananan problemlərlə əlaqədar danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, yaxın günlərdə – sağlamlığı tam bərpa olunandan sonra yeni layihələr üzərində işləyəcək:
"Bir neçə il bundan öncə də böyrəklərimdə yaranan problemlər üzündən Türkiyəyə müalicə almağa getmişdim. Hamısı prezident seçkiləri ərəfəsində keçirdiyim stresslərdən irəli gəlir. Haqqı deməyim, haqqı deyəndən sonra mənə qarşı güclü hücumlar başlayır. Mən xalqın danışan diliyəm. Mənə bəzən deyirlər ki, sən hər şeyə niyə qarışırsan? Niyə eybəcərlikləri dilə gətirirsən? Amma düşünmürlər ki, biz dövlət başçısına kömək olmalıyıq. Prezident özü də deyir ki, ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarəti kimlər həyata keçirməlidir? Partiyalar, sağlam qüvvələr, sağlam düşüncəli insanlar həyata keçirməlidir, o cümlədən mən də. Bu missiya mənim çiynimdədir. Mən də imkan vermərəm ki, Prezidentimizə qarşı saxta məhəbbəti ifadə etsinlər. Buna görə də mənə böyük təzyiqlər olur. Hazırda xəstəliyimlə bağlı xəstəxanaya müaricət etməmişəm. Sadəcə olaraq mənə bir az sakitlik, istirahət lazımdır ki, əsəb, stress və gərginlik çıxıb getsin”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























