• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zəbt edilən piyada səkiləri - VİDEO

Bakıda zəbt edilən piyada səkiləri - VİDEO
01.11.2018 13:57
Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həllini tapmayıb.

Report bununla bağlı mütəmadi olaraq paytaxtın müxtəlif yerlərində müşahidələr aparıb və bu ilin may ayında hazırladığı materialda problemin ciddiliyini qeyd etmişdi.

Həmin vaxt qeyri-qanuni parklanma məsələlərinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzarət edirdi. Bir müddət sonra isə bu istiqamətdə tədbirlərin görülməsi Bakı Nəqliyyat Agentliyinə həvalə olundu.



Belə ki, Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixində imzaladığı fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil etməli və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görməli, habelə təxliyyə xidmətinin həyata keçirilməsinə nəzarət etməlidir.



Qeyd edək ki, BNA bu fərmanla nəzərdə tutulan səlahiyyətlərin icrasına başlamaq üçün müvafiq işlərin görüldüyünü açıqlamışdı.



Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, müxtəlif küçə və prospektlərdə Qanunsuz Parklanmaya Qarşı Nəzarət Kameraları yoxlanılaraq tam işlək vəziyyətə gətirilib və bu kameralar vasitəsilə dayanma və durma qaydalarına zidd olaraq saxlanılan nəqliyyat vasitələrinin qeydiyyatı aparılır.


Lakin ötən gecə şəhərin mərkəzinin yalnız bir ərazisində apardığı müşahidələr xəbərdarlıq olunmasına baxmayaraq, problemin həllini tapmadığını göstərdi.
 
Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həllini tapmayıb. Report bununla bağlı mütəmadi olaraq paytaxtın müxtəlif yerlərində müşahidələr aparıb və bu ilin may ayında hazırladığı materialda problemin ciddiliyini qeyd etmişdi. Həmin vaxt qeyri-qanuni parklanma məsələlərinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzarət edirdi. Bir müddət sonra isə bu istiqamətdə tədbirlərin görülməsi Bakı Nəqliyyat Agentliyinə həvalə olundu. Belə ki, Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixində imzaladığı fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil etməli və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görməli, habelə təxliyyə xidmətinin həyata keçirilməsinə nəzarət etməlidir. Qeyd edək ki, BNA bu fərmanla nəzərdə tutulan səlahiyyətlərin icrasına başlamaq üçün müvafiq işlərin görüldüyünü açıqlamışdı. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, müxtəlif küçə və prospektlərdə Qanunsuz Parklanmaya Qarşı Nəzarət Kameraları yoxlanılaraq tam işlək vəziyyətə gətirilib və bu kameralar vasitəsilə dayanma və durma qaydalarına zidd olaraq saxlanılan nəqliyyat vasitələrinin qeydiyyatı aparılır. Lakin ötən gecə şəhərin mərkəzinin yalnız bir ərazisində apardığı müşahidələr xəbərdarlıq olunmasına baxmayaraq, problemin həllini tapmadığını göstərdi.
 
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol