• $
  • €
  • ₽
  • ₺
  • £

“Onu Dilçilik İnstitutuna məsləhətçi təyin etsinlər” - Deputat nazirin çıxışından danışdı - VİDEO

“Onu Dilçilik İnstitutuna məsləhətçi təyin etsinlər” - Deputat nazirin çıxışından danışdı - VİDEO
01.11.2018 14:59
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşündəki çıxışı böyük müzakirələrə səbəb olub.

Nazirin Azərbaycan dilindəki çıxışı zamanı rabitəsiz cümlələr qurması, ümumiyyətlə isə nə demək istədiyinin anlaşılmaması tənqid olunub. XİN rəhbərinin çıxışı "Google translate”də ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş mətni səsləndirməyə bənzədilib. 

BakuPost-un əməkdaşı məsələ ilə bağlı Azərbaycanın əməkdar jurnalisti, millət vəkili Aqil Abbasın fikirlərini öyrənib.
 
A. Abbas açıqlamasında deyib ki, hər bir dövlət məmuru Azərbaycan dilini səlis bilməyə məcburdur: "Hər bir dövlət məmuru kimliyindən asılı olmayaraq dövlət dili olan Azərbaycan dilini səlis bilməlidir. Əgər bir məmur Azərbaycan dilini bilmirsə, müəllim tutub öyrənsin. İnsan rusdilli ola bilər, təhsilini rus dilində almış ola bilər. Amma Elmar müəllim 14 ildir, xarici işlər naziridir. Öyrənə bilərdi və öyrənməli idi. Azərbaycanda bir çox rusdilli şəxslər, dövlət məmurları, deputatlar var. Onlar rus dili bölmələrində, Moskvada oxuyublar. Amma onlar Azərbaycan dilini də öyrənib və bu dildə danışa bilirlər”.

Deputat bildiirb ki, rus dilində təhsil alıb, Azərbaycan dilində mükəmməl danışan şəxslərə ən böyük örnək prezident İlham Əliyevdir: "O da rusdilli məktəbdə oxuyub, ali təhsilini Moskvada alıb, rus dilində müdafiə edib, elmlər namizədi adını alıb. Moskvada rusdilli insanların ətrafında yaşayıb. Bəs necə olur ki, Azərbaycan dilində belə təmiz və səlis danışır?”

Millət vəkili Elmar Məmmədyarovla bağlı zarafatyana təklif də edib: "Dilçilik İnstitutunda sözlərin yazılış qaydası, orfoqrafiya ilə bağlı sözlük hazırlanır və mübahisələrə səbəb olur. Mən də orada təklif elədim ki, Elmar Məmmədyarovu Dilçilik İnstitutuna məsləhətçi kimi işə götürsünlər, onlara kömək eləsin...”
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol