• $
  • €
  • ₽
  • ₺
  • £

Bu dərmanları əsla qəbul etməyin, ölümə aparır

Bu dərmanları əsla qəbul etməyin, ölümə aparır
01.11.2018 23:30
Türkiyənin məşhur professoru Canan Karatay antidepressant dərmanların intihara sürüklədiyini deyib.

Professor Canan Karatay CNN kanalında "Buket Aydın ile 40” verilişinin qonağı olub. O, illər sonra ailəsiylə bağlı sirri ilk dəfə bu verilişdə açıqlayıb. Kardioloqun sözlərinə görə, antidepressant dərmanlar intihara sürükləyir və qardaşı buna görə həyatını itirib:

"Antidepressantlar intihara səbəb olur. Bu elmi tərəfdən də sübut olunub. Qardaşım vəfat edəndə, tibb sahəsində gənc idim, antidepressantın nə olduğunun fərqində də deyildim. İndi düşünəndə hiss edirəm ki, onun ölümünün bir səbəbi bu dərmanlar olub. Amerikada kütləvi intiharlar olur, hamısının antidepressant istifadə etdiyi bildirilir. Antidepressantlar insanı sakitləşdirir və axmaqlaşdırır. Beyindəki bioloji və fizioloji prosesləri alt üst edir. Nə üçün? Çünki bağırsaqlardakı floranı məhv edir. Dərmanların təsiri nəticəsində yaxşı bakteriyalar yox edilir, beləliklə, beyin pozulur. Çünki bağırsaqlar ikinci beynimizdir”.

Xalqdan bəzi həqiqətlər gizlədilir

Karatay vurğulayıb ki, aidiyyəti təşkilatlar tibbi məsələlərlə bağlı bəzi gerçəklər xalqdan gizli saxlayır. Bu yaxınlarda vegetarianlar haqqında sərt çıxış edən həkim sözlərinə belə davam edib:

"Vegetarianlara sözüm yoxdur, onlara hörmət edirəm. Mən veqanlardan danışıram, veqanlıq xəstəlikdir. Vegetarianlıqla veqanlığı qarışdırmasınlar. İnsanların mənə hücum etməyə haqqı yoxdur. Veqanlara səslənirəm: bizim dör köpək dişimiz, səkkiz də azı dişimiz var və bunlar bizə ətləri parçalamaq üçün verilib. Təbiətimiz, xasiyyətimiz belədir”.

Ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan mütəxəssis sonda bildirib ki, 12 il Amerikada yaşadığı müddətdə türk çörəyi üçün çox darıxıb:

"Çörəyə hücum etdik, hücum edən kimi şişməyə başladıq. Əvvəlcə duzsuz çörəyə keçdik. Ondan sonra tamamilə kəsdik. Elmi tədqiqatlarda göstərilib ki, bütün səhiyyə problemlərinin altında yanlış qidalanma və köklük dayanır. Ürək həkimi olaraq köklüyün səbəb olduğu problemləri göstərmək başlıca vəzifəmdir”./publika.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol