• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə müzakirələr: "Siqaretin kino yaradıcılığına nə dəxli var?"

Milli Məclisdə müzakirələr: "Siqaretin kino yaradıcılığına nə dəxli var?"
02.11.2018 14:30
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrinin müzakirəsi zamanı Milli Məclisin deputatları məsələlərə fərqli münasibət bildiriblər.

Anews.az Trend-ə istinadən xəbər verir ki, iclasda layihələri təqdim edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, kino və teatr səhnəsində siqaretə qadağanın tətbiqi Azərbaycanda kino yaradıcılığına ziddir: "Hollivud tərəfindən yüzlərlə filmdə tütün məhsullarından istifadə edilib".

ABŞ, Fransa və digər ölkələrin təcrübələrindən misal gətirən R.Hüseynova Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən irad tutulub: "Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də III oxunuşa çıxarılır".

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə deyib ki, hazırda Hollivudda çəkilən filmlərin 95 faizində tütündən istifadə yığışdırılır:

"Rusiya Dövlət Dumasında da həm teatr, həm də kinolarda tütündən istifadə məhdudlaşdırılır. Artıq Türkiyədə də buna qadağa qoyulduğunu, yəqin ki, görürsünüz. O ki qaldı filmdə və teatrlarda siqaretə qadağanın Azərbaycanda kino yaradıcılığına zidd olması məsələsinə, mən bunu başa düşə bilmirəm. Siqaretin kino yaradıcılığına nə dəxli var? Bir tərəfdən deyirsiniz ki, ziyandır, o biri tərəfdən teatr səhnəsinə çıxarırsınız. Bunun özü təbliğatdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol