Məktəbliyə zor tətbiq edərək qəbiristanlıqda öldürmək istəyən şəxslə bağlı mühüm qərar

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Möhsüm Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Anews.az oxu.az-a istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Sonra prokurorun vəsatəti əsasında M.Bağırov barəsində seçilən polisin nəzarəti altına verilmə qətimkan tədbiri həbslə əvəz edilib.
O, məhkəmə iclas zalında həbs olunub.
Məhkəmə baxışı noyabrın 13-nə təyin edilib.
İttihama görə, M. Bağırov bayramla əlaqədar partlayıcı maddə almaq istəyib və bunu qonşusu, 6-cı sinif şagirdi Nicat Abdullayevə təklif edib.
Sonuncu bundan imtina etdiyi üçün, onu qəbiristanlığa aparıb.
Qəbiristanlıqda Nicatın başına daşla vuraraq, onu öldürməyə cəhd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























