• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin Azərbaycanda çəkilməmiş cəzası qalıb

“Lotu Quli”nin Azərbaycanda çəkilməmiş cəzası qalıb
02.11.2018 14:34
Türkiyədə barəsində deport qərarı çıxarılan "Lotu Quli” ləqəbli azərbaycanlı qanuni oğru Nadir Səlifovla bağlı bəzi faktlar ortaya çıxıb.

Anews.az xəbər verir ki, kriminal avtoritetə yaxın olan mənbə Open.az-a bildirib ki, Nadir Səlifov hazırda Türkiyə-Bolqarıstan sərhəddində yerləşən Miqrantların müvəqqəti saxlanma yerində saxlanılır: "Onunla ailə üzvlərinin görüşünə icazə verilmir. Yalnız vəkili ilə görüşə bilir”.

Mənbə qeyd edib ki, Türkiyədə Nadir Səlifovla bağlı çıxarılan deport qərarı böyük ehtimalla dəyişdirilməyəcək: "Artıq bizə məlumdur ki, Türkiyə məhkəmısi çıxardığı qərarı dəyişmək istəmir. Bildiyiniz kimi, Rusiya Nadir Səlifovla bağlı axtarış elan edib. Onlar "Lotu Quli”ni Rusiyaya eksradisiya edilməsini tələb edir”.

Qanuni oğrunun yaxını qeyd edib ki, Azərbaycanda Nadir Səlifovun çəkilməmiş cəzası qalıb: "Nadir Səlifovun Azərbaycana ekstradisiya olunması məhz ona görə gündəmdədir. Çünki, o burada şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. "Quli” azad olunda hələ çəkilməmiş 3 il 6 ay cəzası qalmışdı. Məhkəmə onun barəsində şərti cəza təyin edərkən həm də səhhəti ilə bağlı ölkədən çıxışına icazə verib. Bu səbəbdən də onun Azərbaycana eksradisiya edilməsi məqsədə uyğundur. Hazırda "Lotu Quli"nin 2 ildən çox çəkilməmiş cəzası qalır”.

Qeyd edək ki, Nadir Səlifov oktyabrın 9-da İstanbulda həbs edilib.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, N.Səlifovun telefonla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib.

N.Səlifov hazırda İstanbulda miqarantların müvəqqəti saxlanma yerində saxlanılır. Onun barəsində deport qərarı verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol