• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank "UNEC Business Conversation Club" layihəsini ənənəyə çevirdi

AccessBank "UNEC Business Conversation Club" layihəsini ənənəyə çevirdi
02.11.2018 14:54
AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı "UNEC Business Conversation Club" layihəsi uğurla davam edir.

İngilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin qonaqları AccessBank-ın Beynəlxalq əlaqələr və maliyyə hesabatlılığı departamentinin direktoru Fəridə Pirverdiyeva və Sənədli əməliyyatlar üzrə menecer Fuad Rüstəmov olub.

İlk olaraq Fəridə Pirverdiyeva layihə iştirakçılarına öz sahəsinə dair bankda gedən proseslərdən danışıb. "AccessBank hər zaman nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən dəstəklənib. Bank öz beynəlxalq maliyyə tərəfdaşlarının sayını daha da genişləndirərək, maliyyələşdirmə mənbələrinin diversifikasiyası siyasətini həyata keçirir”. Fəridə xanım, həmçinin, Bankın yenidən maliyyələşmə strategiyasında fəal şəkildə istifadə etdiyi əsas maliyyələşdirmə vasitələrindən danışıb. Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları üçün əsas dəyərlər olaraq bankın fəaliyyətində şəffaflıq, korporativ idarəetmə, davamlılıq, güclü antiböhran idarəetməsi və sosial məsuliyyət siyasəti qalır.

Daha sonra Fuad Rüstəmov sənədli əməliyyatlar sahəsinin özəlliklərindən və iş prinsipindən danışıb: "Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün beynəlxalq təcrübədə bank qarantiyaları və akkreditivlər kimi alətlərdən geniş istifadə olunur. AccessBank da müştərilərinə müxtəlif növ bank qarantiyaları və akkreditivlər təklif edir. Bu prosesdə bank həm öz imkanlarından istfadə edir, həm də dünyanın aparıcı maliyyə institutlarının dəstəyinə arxalanır. Biz müştərinin ehtiyaclarına uyğun alətin seçilməsi sahəsində tam məsləhət veririk".

Hər iki çıxış tələbələr tərəfindən maraqla qarşılanıb. Layihə iştirakçıları bildirib ki, onlar üçün yeni olan hər iki sahə kifayət qədər maraqlıdır. Nəticədə tələbələr üçün hər iki mövzuda daha bir seminarın təşkil olunması ilə bağlı razılıq əldə olunub.
 
 
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol