• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Abdullayevdən Mikayıl Müşfiq açıqlaması

Çingiz Abdullayevdən Mikayıl Müşfiq açıqlaması
02.11.2018 16:20
"Mikayıl Müşfiqin qalıqlarının tapılması və araşdırlması üzrə yaradılan işçi qrupun üzvlərindən biri də mənəm. Dünən hər bir üzvün iştirakı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclas keçirilib. Təbii ki, Müşfiqə aid olduğu iddia edilən qalıqların həqiqətə ona məxsus olub-olmadığını dədiqləşdirmək üçün hər birimizin çalışması vacibdir".

Bunu Modern.az-a açıqlamasında Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların araşdırlması üzrə yaradılan işçi qrupun üzvü, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.

İşçi qrupun üzvü bildirib ki, hər kəsin bir araya gəlməsi çox önəmlidir:

"Cənab Ramiz Mehdiyevin yanında keçirilmiş dünənki iclasda məsələ ilə bağlı hər birimizin fikirləri öyrənildi. Çünki qalıqların təsdiqi, yaxud da əksi üçün bir araya gəlmək çox vacibdir. Biz demirik ki, bu qalıqlar mütləq Müşfiqə aiddir. Sadəcə olaraq ehtimalları dəqiqləşdirməkdə fayda var. Ona görə də işçi qrup cənab prezidentin tapşırığına əsasən iş başındadır. Həmçinin, digər ehtimallar da var. Həmin ərazidə ola bilsin ki, digər görkəmli insanların da qalıqları olsun. Məsələn, Əhməd Cavadla bağlı da fikirlər səslənir. Ərazidə onun da məzarı, yaxud qalıqları ola bilər".

Prezidentin tapşırığına əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

Əgər qalıqların həqiqətən şairə məxsus olduğu təsdiqini taparsa, onun yenidən dəfn olunması ilə zəruri tədbirlər görüləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol