• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilər bunu biləndən sonra girovların məktub yazmasına imkan vermirlər”

“Ermənilər bunu biləndən sonra girovların məktub yazmasına imkan vermirlər”
02.11.2018 21:32
"Avropa məhkəməsi işi icraata götürəndən sonra ermənilər artıq bir ildir ki, atamın məktub yazmasına imkan vermirlər”


Anews.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib:


"Biz Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğunda saxlanılması ilə bağlı Avropa məhkəməsinə müraciət etmişdik. Onlar əvvəl işi icraata götürmürdü, amma sonradan işi icraata götürdülər. Bundan sonra kommunikasiya qəbul edildi. Burda Azərbaycan, Ermənistan və Avropa məhkəmələri arasında yazışmalar gedir. Orda da Avropa məhkəməsi əsirlərin saxlanma şəraitinə birbaşa Ermənistanın cavabdeh olduğunu bildirib. Ona görə də ermənilər Dilqəm Əsgərovla, Şahbaz Quliyevin ailələrinə məktub yazmalarına imkan vermir. Artıq bir ildir ki, atamdan və son dörd aydır ki, Şahbaz Quliyevdən məktub gəlmir. Çünki onlar məktubda səhhətləriylə bağlı bəzi məlumatları qeyd edirdirlər, bu da ictimaiyyətə açıqlanırdı və Avropa məhkəməsinə göndərilirdi. Bunu da biləndən sonra ermənilər təəssüflər olsun ki, məktub yazmağa imkan vermirlər”.


 Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov, həmçinin Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov öz ata-baba yurdlarını ziyarət etmək üçün, hazırda Ermənistan tərəfindən işğal altında saxlanılan Kəlbəcər rayonuna gediblər. Bu zaman Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə öldürülüb. 


Qondarma qurumun "məhkəmə”sinin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol