Azərbaycan birinci oldu

Azərbaycan "Addım Gənclər Təşkilatı"nın dəstəyi ilə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən "EuroFest" festivalında birinci olub. ANS PRESS-in məlumatına görə, festivalda ölkəmizi gənc ifaçl Tahir Quliyev sözləri və musiqisi Günel Sərdarqızına aid "Ulduzlar" mahnısı ilə təmsil edib.Festivalda münsiflər heyyəti qismində çıxış edən təşkilatın sədri Hüseyn Cavadzadə ANS PRESS-ə açıqlamasında Azərbaycanın qazandığı növbəti uğurdan ağızdolusu danışdı: "Biz yaxşı nəticələrlə dönəcəyimizə əmin idik, amma beynəlxalq münsiflər heyyətinin yekdilliklə təmsilçımlzə səs verib birinci etməsi çox sevindirici oldu. Biz "Addım" olaraq bundan sonra da mədəniyyətimizi dünyada gənclərimiz tərəfindən tanınmasına dəstək olacagıq!" Qeyd edək ki, bu il festivalda Azərbaycanla yanaşı Fransa, İtaliya, Serbiya, Bokqarıstan, Malta, Sloveniya, Gürcüstan və s. ölkələr təmsil olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























