• $
  • €
  • ₽
  • ₺
  • £

“Rəşid Mahmudova çatdırsınlar ki, günəbaxan tumlarının reklamı ilə məşğul olmasın...” - VİDEO

“Rəşid Mahmudova çatdırsınlar ki, günəbaxan tumlarının reklamı ilə məşğul olmasın...” - VİDEO
03.11.2018 11:55
Vətəndaşlar "Bizim ailə” günəbaxan tumlarının keyfiyyətsizliyindən şikayət edib. 


Moderator.az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, günəbaxan tumları çox keyfiyyətsiz şəkildə hazırlanır. İlk öncə günəbaxan tumunun qablaşdırılması zamanı içinə hava vurulur ki, bu da onun böyük həcmdə olmasını göstərir. Paketin içindəki tumları açanda isə adam peşman olur. Rəngi solmuş, çürük günəbaxan tumları ilə qablaşdırılmış belə məhsullar vətəndaşlara satılır. 


Samux rayonu, İnstitut qəsəbəsində hazırlanan günəbaxan tumları istehsalçı Usubov Füzuli İlyaz oğluna məxsusdur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, günəbaxan tumları ilə bağlı rəhbəri olduğu quruma dəfələrlə şikayətlər olur:

"Günəbaxan tumları ilə bağlı bir il öncə bizə şikayət olunmuşdu və vətəndaşlar bildirirdilər ki, onun içindən çıxan uduşları ala bilmirlər. Sonra məlum oldu ki, bu işi görən adamlar heç Azərbaycanda deyil, xaircdədir. Əhalidən çoxsaylı şikayətlər daxil olur ki, tumun reklamı ləğv edilsin, bu arzuolunmaz bir şeydir və mən də bunun tərəfdarıyam. Bu yaxında dövlət adamlarımızdan birinə dedim ki, bizim tanınmış ziyalımız Rəşid Mahmudova çatdırsınlar ki, günəbaxan tumlarının reklamı ilə məşğul olmasın, bu ayıbdır. Bu çox əcaib bir haldır, R.Mahmudov bunu televiziya kanallarından birində reklam etmişdi. Bu gün günəbaxan tumları hardan, necə gəldi yığılaraq hazırlanır. Bundan sonra isə böyük reklam kampaniyası təşkil olunur və ona görə də əhali çaş-baş qalır. Bu sahədə çox böyük problem var və məsləhət görülməyən bir qidadır”.  
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol