"Odlu manyak" Masallıda həmkəndlilərinin evlərini və avtomobilini yandırdı

Cari il oktyabr ayının 29-da Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın baş verib. Nəticədə 100 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb.
DİN-dən Anews.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























