• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquqşünas boşanmaların qarşısını necə almağın yolunu göstərdi

Hüquqşünas boşanmaların qarşısını necə almağın yolunu göstərdi
03.11.2018 19:30
"Boşanmaların sayı günbəgün artmaqdadır. Necə mane olmalı? Hüquqi prosedurlar boşanmaların qarşısını almağa qadirdirmi? Hansı məhdudiyyətlər var?"
Anews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hüquqşünas Anar Qasımlı bu barədə öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, Ailə Məcəlləsinin 15-ci maddəsi qadının hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ərin nikaha xitam verilməsi barədə iddia qaldırmasını qadağan edir. Anar Qasımlı bunu çox mütərəqqi norma sayaraq bildirib ki, təcrübə bu bir illik müddət ərzində əksər ailələrdə barışıq olduğunu göstərir.

"Məhkəmə nə vaxt boşanma barədə qətnamə çıxara bilər? Ailə Məcəlləsinin 20.1-ci maddəsi deyir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Təəssüf ki, məhkəmə qətnamələrinin 99%-də ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü əsaslandırılmır. Əslində bu müddəa boşanma barədə iddia tələbinin rədd olunması üçün hüquqi əsasdır. Lakin məhkəmə təcrübəsində boşanma barədə iddiaların hamısı təmin olunur. Mən indiyədək təmin edilməyən boşanma iddiası görməmişəm" - deyə o vurğulayıb.

Anar Qasımlı qeyd edib ki, məhkəmələr ən yaxşı halda Ailə Məcəlləsinin 20.2-ci maddəsinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər.

Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Tərəflərdən biri razı olmadıqda, məhkəmə barışıq üçün 3 ay vaxt verməklə işi təxirə salır. 3 ay sonra əgər iddiaçı fikrindən daşınmayıbsa, onları boşayır.

"Təəssüf ki, 3 ay müddətində tərəflərin barışması üçün məhkəmə heç bir iş görmür. Görə də bilmir. Çünki müvafiq hüquqi təminatlar yoxdur. Əgər hüquqi təminatlar olarsa, məhkəmə 3 ay ərzində tərəfləri barışdırmaq üçün müvafiq icra hakimiyyəti orqanını, bələdiyyələri, müvafiq qeyri-hökumət təşkilatlarını bu ailə ilə mütəmadi əlaqə saxlamağa, onlarla danışıqlar aparmağa cəlb edə bilər. Məncə, bu boşanmaların sayını ən azı yarıbayarı azalda bilər" - deyə o əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol