• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şirkət işçisi tutuldu

Azərbaycanda şirkət işçisi tutuldu
04.11.2018 09:33
Bərdə rayonunda şirkət işçisi polis tərəfindən saxlanılıb.
"Report”un Qarabağ bürosunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayonun Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Koroğlu” MMC-nin işçisi, Bərdə şəhər sakini Cəfərov Müşfiq Hümbət oğlu MMC-yə məxsus 52 min manat pulu mənimsəyib.
O, şirkətin pullarını yaşadığı evə aparacağı adı ilə 52 min manatı özü ilə götürüb. Sonra isə şirkətin rəhbərliyinə MMC-yə məxsus "Mercedes” markalı avtomobil ilə Yevlax-Ağdam avtomobil yolunun 20-ci kilometrliyində yol qəzasına düşdüyünü, qəzadan sonra huşunu itirdiyini, bu zaman pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.
Faktla əlaqədar Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Cəfərov Müşviq Hümbət oğlu "Koroğlu” MMC-yə məxsus 52 min manat pulu gizli yolla talayıb ələ keçirmək məqsədilə ilə MMC-nin ofisindən həmin miqdarda pulu götürdükdən sonra vəsaiti Ağdam rayonunun İmamqulubəyli kəndində yaşayan bacanağı İbrahimov Vüqar Qənaət oğlunun yaşadığı evdə gizlədib. Sonra isə Bərdə rayonunda qeyd olunan ərazidə süni avtoqəza şərait yaradıb və şirkətə 52 min manat pulun oğurlandığını deyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Müşviq Cəfərov şübhəli şəxs qismində saxlanılıb və maddi sübut olan əskinaslar aşkar edilərək istintaqa təqdim edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol