• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan prezidentinin təyyarəsi də əlindən alındı

Ermənistan prezidentinin təyyarəsi də əlindən alındı
04.11.2018 16:49
Ermənistan prezidenti Armen Sarkisyanın administrasiyası "Airbus” təyyarəsindən məhrum olub, dövlət başçısının büdcə xərcləri isə 741 milyon dram (1,5 milyon dollar) azaldılıb.  
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti administrasiyasının yeni rəhbəri Emil Tarasyan bildirib. Onun sözlərinə əsasən, prezidentin 2019-cu il üçün xərcləri 1,183 milyard dram (2,4 milyon dollar) təşkil edəcək ki, bu da 2018-ci il büdcəsinin 61.5 faizidir.
Qeyd edilir ki, ixtisarların əsas hissəsi əmək haqlarına aiddir - 532 milyon dram. 2019-cu ildə isə növbəti ixtisarlar gözlənilir. Belə ki, qanunla hazırki 180 iş yeri əvəzinə 150-si nəzərdə tutulub.

Ermənistan parlamentinin Dövlət məsələləri və insan haqlarının müdafiəsi daimi Komitəsinin sədri Gevork Kostanyan isə bildirib ki, bu cür ixtisarlar təbiidir, çünki prezidentin səlahiyyətlərində əsaslı dəyişikliklər baş verib.
Ermənistanın 4-cü prezidenti Armen Sarkisyan 2018-ci ilin aprelindən vəzifəsinin icrasına başlayıb. Həmin zamandan da Ermənistan parlament idarəetmə modelinə keçib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol