• $
  • €
  • ₽
  • ₺
  • £

Bu dərmanlar elektron reseptlə alınacaq

Bu dərmanlar elektron reseptlə alınacaq
05.11.2018 09:26
Azərbaycanda bütün şəkərli diabet, hemofiliya, xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr dərman preparatlarını elektron reseptlərlə alacaqlar.

Anews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, dərmanların elektron reseptlərlə verilməsi dərman ehtiyatının proqnozlaşdırılmasına, onların dövriyyəsinə nəzarətin təmininə imkan verəcək:

"Bu, eyni zamanda, imkan verəcək ki, regionlardakı xəstələr bir çox dövlət proqramları üzrə dərmanların alınması üçün Bakıya gəlməsinlər. Dərmanlar elə bölgələrdəki xəstəxanalardan xəstələrə paylanılsın”.

N.Seyidov qeyd edib ki, elektron reseptlər daha sonra xəstələrin vahid sağlamlıq kartlarına köçürüləcək: "Xəstə həmin kartları apteklərə təqdim edəcək, yaxud aptekdə öz ad-soyadlarını bildirməklə dərman ala biləcəklər, çünki sistemdə artıq onların adları qeyd ediləcək. Aptek işçiləri elektron sistemdə xəstəyə hansı dərmanların və hansı həkim tərəfindən yazıldığını görəcəklər. Dərmanlar verildikdən sonra isə sistemə xəstənin artıq dərmanla təmin edildiyini göstərən məlumat daxil ediləcək. Bu da imkan verir ki, xəstələrə verilən dərmanlara mərkəzləşdirilmiş qaydada tam nəzarət edilsin”.

Elektron reseptlərin tətbiqinin həm xəstələrin, həm də həkimlərin işini asanlaşdıracağını söyləyən N.Seyidov qeyd edib ki, artıq Bakı şəhəri üzrə qeydiyyatda olan 75 min şəkərli diabet xəstəsi vahid sağlamlıq kartı ilə təmin edilərək elektron reseptlərlə dərman ala bilirlər. Gələn ilin yanvarından isə regionlardakı şəkərli diabet xəstələri kartla təmin ediləcək və elektron reseptlərlə dərman alacaqlar. Hemofiliya, böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr isə gələn ilin yanvar-fevral ayının sonunadək kartlarla təmin ediləcəklər:"Lakin ona qədər elektron sistem fəaliyyət göstərəcək. Planlaşdırmışıq ki, dekabrın 1-dən başlayaraq, bütün ölkə üzrə hemofiliya və böyrək çatışmazlığı xəstələr dərmanları mərkəzləşdirilmiş qaydada elektron reseptlərlə alsınlar”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol