• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyevdən XƏBƏR VAR

Elmar Vəliyevdən XƏBƏR VAR
05.11.2018 12:20
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə bağlı bəzi yeni məlumatlar var.  

Modern.az-ın əldə etdiyi məlumata görə, E.Vəliyev oktyabrın 31-də dünyasını dəyişən qayınanasının Yevlaxda keçirilən yas mərasimində iştirak etdikdən sonra Gəncəyə gedib.

Əldə etdiyimi məlumatda bildirilir ki, Elmar Vəliyevin Gəncədəki obyektlərindən istifadəsinə qadağa qoyulub. Hazırda Vergilər Nazirliyinin əməkdaşları onun ticarət obyektlərində yoxlamlar aparır. Ən diqqətçəkən məqam isə Elmar Vəliyevin nəzarətində olan təzə bazarla bağlıdır.

Heç kimə sirr deyil ki, sabiq başçının dövründə sovetlər dönəmində "mərkəzi kolxoz bazarı” kimi tanınan "Gəncə bazarı”nda çalışan sahibkarlar sıxışdırılıb, onlardan izafi haqlar toplanıb, eyni zamanda ərazidən çıxmaları tələb olunub.

Məqsəd E.Vəliyevin Gəncədəki "Grand Qafqaz” ticarət mərkəzinin daha geniş şəkildə fəaliyyət göstərməsinə, digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olmaq idi. Məhz bu fəaliyyət nəticəsində ilin əvvəlində digər bazarlardakı ticarətçilərin narazılıqları geniş vüsət almışdı.

Daha bir yeniliyə görə, yeni başçı Niyazi Səfərov vətəndaş məmnunluğunu nəzərə alaraq, sələfi Elmar Vəliyevin ənənələrinin aradan qaldırılmasına, "Gəncə bazarı”nın normal şəkildə fəaliyyət göstərməsinə şərait yaradıb. Gəncə sakinlərinin bu yenilikləri böyük razılıqla qarşıladığı vurğulanır.

 
2018-ci il iyulun 3-də Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilmişdi. Onları güllələyən Gəncə sakini Yunis Səfərov hazırda həbsdədir.

E.Vəliyev Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı sərəncamla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol