• $
  • €
  • ₽
  • ₺
  • £

Peterburqda azərbaycanlı milyarderə "heykəl" qoydular - FOTO

Peterburqda azərbaycanlı milyarderə "heykəl" qoydular - FOTO
05.11.2018 16:11
Ötən gün noyabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri azərbaycanlı milyarder, diaspor lideri Vaqif Məmişovun şirkəti tərəfindən tikilməkdə olan ticarət mərkəzinin qarşısına onun "heykəlini" qoyublar.

Virtualaz.org Peterburq saytlarına istinadən xəbər verir ki, fəallar bununla 30-cu illərə qədər qəbiristanlıq olan və müharibə dövründə blokada qurbanlarının dəfn edildiyi ərazidə ticarət mərkəzinin tikilməsinə etirazlarını bildiriblər.

Məmişovun şirkəti həmin ticarət mərkəzini "Sputnik" kinoteatrının yerində inşa edir, tikinti sahəsinin bir hissəsi qəbiristanlıq ərazisinə düşür və bir neçə ildir şəhər sakinləri biznesmenin bu layihəsinə qarşı çıxırlar.

Nəhayət, şəhər sakinləri Nevsk rayon administrasiyasına kollektiv məktub yazaraq heç olmasa qəbiristanlıq ərazisində xatirə abidəsinin qoyulmasını xahiş ediblər. Amma onların müraciətinə müsbət cavab verilməyib. Onlar deyirlər ki, ərazidə ticarət-əyləncə mərkəzi ilə yanaşı ən uzağı blokada qurbanlarının və müharibədə həlak olan hərbçilərin xatirəsinə "xatirə nişanı" qoyulacaq. Nəticədə fəallar özləri ərazidə "heykəl" qoymaq qərarına gəliblər.

"Antikorrupsiya nişanı" adlı bu "heykəli" blokada qurbanlarının və döyüşçülərin nəvə-nəticələri hazırlayıblar. "Heykəlin" üz tərəfində "Vaqif Məmişovdan şəhərə hədiyyə" sözləri yazılmış lövhə asılıb. "Heykəlin" əlində isə kərpic var. Bu, tikilməkdə olan ticarət-əyləncə mərkəzinin simvoludur. Müəlliflər "heykəlin" əlindən 30 gümüş pul qoyulmuş kisə asıblar. Onların fikrincə bu şəhər məmurlarının nəinki "atalarının qəbrini", eləcə də öz ruhlarını satmağa hazır olduğu rüşvətin məbləğini göstərir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol