• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadın doğuşdan 10 gün sonra öldü

Azərbaycanda qadın doğuşdan 10 gün sonra öldü
05.11.2018 16:17
Bərdə rayonunda 10 gün əvvəl uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb.

Anews.az Report-a istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Belə ki,Tərtər rayonunun Borsunlu kənd sakini, 1990-cı il təvəllüdlü Xanım Elman qızı İsayeva oktyabrın 24-də xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. X.İsayevanın və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan oktyabrın 29-da xəstəxanadan evə buraxılıb. Ötən gecə halı pisləşən 28 yaşlı qadın yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, müalicə aldığı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, qadının ölümü doğuşla bağlı deyil: "Xanım İsayeva və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Yenidən xəstəxanaya müraciət edən qadının yıxılaraq ağır kəllə-beyin travması aldığı məlum olub".

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol