• $
  • €
  • ₽
  • ₺
  • £

"BakıKart"da balansı onlayn artırmaq mümkün olacaq

"BakıKart"da balansı onlayn artırmaq mümkün olacaq
06.11.2018 09:03
Bakıda şəhərdaxili marşrut avtobuslarında və metroda gediş haqqının ödənilməsi üçün istifadə edilən "BakıKart"ın balansını onlayn qaydada da artırmaq mümkün olacaq.


Anews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.



V.Kərimli hesab edir ki, "BakıKart"ların balansının artırılması zamanı pik saatlarında ödəniş terminalları qarşısında yaranan sıxlıqda sərnişinlərin də rolu var:



"BakıKart"ı analiz etdiyimiz zaman bir sərnişinin bir gündə 37 dəfə eyni karta 20 qəpik yükləməsi faktı aşkarlanıb. Xarici ölkələrdə, ən yaxın İstanbulu götürək, burada ödəniş terminalları çox deyil.



Vətəndaş əvvəlcədən gedəcəyi yeri bilir və vaxtına qənaət edərək rahat şəkildə bir dəfə kartına balans yükləyir. Balans artırmaq dayanacaqlardakı "BakıKart” və digər ərazilərdəki "MilliÖn” aparatlarında mümkündür, amma hər dayanacaqda yükləmə aparatı olmalıdır deyə, bir təcrübə yoxdur. Bu aparatlar insanların daha çox olduğu dayanacaqlarda quraşdırılmalıdır. Bu, bütün dünyada belədir".



Qurum rəhbəri qeyd edib ki, növbəti mərhələdə gediş üçün balansın onlayn qaydada yüklənməsi sisteminin tətbiqi nəzərdə tutulur: "Bu, bütün avtobuslarda ödəniş kart sisteminə keçdikdən sonra mümkün olacaq".


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol