• $
  • €
  • ₽
  • ₺
  • £

WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək

WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
06.11.2018 10:19
Hindistan hökuməti "WhatsApp" messencerində yalan xəbərlər yayan istifadəçilərin şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilməsini tələb edir.

Anews.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "WhatsApp" şirkətinin baş direktoru Kris Deniels və Hindistanın rabitə və informasiya texnologiyaları naziri Ravi Şankar Prasad arasında görüş keçirilib. Nazir hökumətin istəyini şirkət rəhbərinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, messencerdən məlumatların deşifrlənməsi tələb olunmur. Söhbət zorakılığa təhrik edən yalan xəbərlərin yayılmasında təqsirləndirilən insanların şəxsiyyətinin və İP ünvanlar almasının müəyyənləşdirilməsindən gedir.

Bildirilir ki, K.Deniels məsələ ilə bağlı son qərarını açıqlamayıb. O qeyd edib ki, ilin sonunadək  "WhatsApp"da Hindistanda vəziyyətə nəzarət edəcək və yalan məlumatların göndərilməsinin qarşısının alınması üzrə plan hazırlayacaq xüsusi bölmə yaradılacaq.

Zorakılığa təhrik edən təsdiq edilməmiş məlumatların yayılması Hindistan cəmiyyətinin messencerdə əsas problemidir. Yalan məlumatlara görə son aylar ərzində təxminən 30 nəfər linç edilib.

Əhalisinin sayı 1,3 milyard nəfər təşkil edən Hindistanda "WhatsApp"da qeydiyyatdan keçən istifadəçilərin sayı 200 milyona bərabərdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol