• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda taksilərin sayı üç dəfə azaldılacaq

Bakıda taksilərin sayı üç dəfə azaldılacaq
06.11.2018 19:30
Azərbaycanda rəqabətli xidmət bazarının olduğu ən böyük sektor taksi fəaliyyətidir. 

Anews.az oxu.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda 37 taksi şirkəti fəaliyyət göstərir.

Onların fəaliyyəti hamını razı salmasa da, bu sahənin inkişaf etdiyi aydın görünür. Bəzi mütəxəssislər isə avtobus daşımaçılığında olduğu kimi, səhmləri dövlətə məxsus müasir bit taksi şirkətinin yaranmasını təklif edirlər. 

Bakı Nəqliyyat Agentliyi, ümumiyyətlə, taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı olmadığını bəyan edib. Qurum hesab edir ki, bu, rəqabətli mühiti aradan qaldıracaq. 

"Amma, təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min taksi var. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesablamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir". 

İcra qurumu hesab edir ki, taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyəti ciddi şəkildə nəzarətə götürüləcək.

Hava limanı taksi konsepsiyası isə ayrı olacaq, çünki hava limanı ölkəmizin qapısıdır. İnsanların ölkəyə ayaq basdığı andan etibarən aldadılmasının qarşısı alınmalıdır.

Bu layihə üzrə işlərə başlanılıb və proqram təminatı üzrə işlər yekunlaşmaq üzrədir. Rəsmi proqram təminatı imkan verəcək ki, bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyəsinə görə vətəndaşlar tərəfindən onlara ballar verilsin. Bu isə imkan verəcək ki, ictimai nəqliyyatla bağlı ictimai qınaqlara daha tez reaksiya verilsin və tədbirlər görülsün. 

Unutmaq olmaz ki, taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü hesab edilir, ona görə də ciddi problemlər ortaya çıxmasın deyə, aidiyyəti qurumlar bu işləri mərhələli şəkildə həyata keçirməyə çalışırlar. Taksilərin avtobus dayanacaqlarında parklamasına gəlincə, təklif olunur ki, cərimə sistemi dəyişdirilsin. 

"Bizim əməkdaşlarımız planşetlər vasitəsilə cərimələrin tətbiqinə başlayıb. Cərimələmədə müəyyən boşluqlar var idi. Onu da hazırlayıb hökumətə göndərmişik. Bəzən bir nəqliyyat vasitəsi qeyri-qanuni parklama yerində dayanır. Siz onu cəmisi bir dəfə cərimələyə bilərsiniz.

Bizim təkliflərimizdə dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi bir ay ərzində dəfələrlə dayanma-durmanın tələblərini pozubsa, cəriməsi artacaq, daha çox təkrarlanacağı təqdirdə sürücülük vəsiqəsinə xitam veriləcək".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol