Bu ailələrə 50 milyon manat ayrıldı - VİDEO

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə də davam etdiriləcək. Anews.az "Oxu.az"a istinadən xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini İlqar Fətizadə Milli Məclisdə (MM) komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib. Nazir müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə davam etdirilməsi üçün növbəti ildə dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























