• $
  • €
  • ₽
  • ₺
  • £

Dərmanlarla bağlı cərimələr artırılır

Dərmanlarla bağlı cərimələr artırılır
08.11.2018 21:30
Dərman vasitələrinin saxlanması və topdansatış tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər nəzərdə tutulub.

Bununla bağlı dəyişikliklər layihəsi Milli Məclisin (MM) Səhiyyə komitəsinin bu gün keçirilən iclasının müzakirəsinə çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişkliklərdə əsasən, dərman vasitələrinin istehsalı, saxlanması, topdansatışı, apteklərin təşkilati işləri ilə bağlı qaydaların pozulmasına görə cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

Bununla bağlı konkret olaraq, Məcəllənin 221.10-cu maddəsinə dəyişiklik nəzərdə tutulur. 
Dəyişikliyə əsasən, dərman vasitələrinin istehsalına və saxlanmasına, eləcə də, topdansatışına dair tələblərin pozulmaslına görə - vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.

Qayda pozuntusu bir il ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxsin 2500 manatdan 4500 manatadək məbləğində, hüquqi şəxslərin isə 6000 manatdan 8000 manatadək cərimə edilməsi nəzərdə tutulur.

Məcəlləinin 452-ci maddəsinə nəzərdə tutulan dəyişiklik isə dərman vasitələrinin buraxılışında apteklərin təşkilati qaydalarının pozulması ilə bağlıdır. 

Bununla bağlı olaraq 452.3-cü maddədə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslərin 500 manatdan 700 manatadək, hüquqi şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur. 

Bu hal bir ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxslərin 1500 manatadək, hüquqi şəxslərin 5000 manatdan 7000 manatadək cərimələnməsi nəzərdə tutulur./oxu.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol