• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə xəbərdarlıq

Sürücülərə xəbərdarlıq
08.11.2018 17:10
"Yük avtomobillərin paytaxt ərazisində hərəkəti ilə bağlı konket vaxtın və istiqamətin müəyyən edilməsi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov yük avtomobili sürücülərinə bu tələbələri öyrənib və uyğun şəkildə yerinə yetirməyi tövsiyə edib:

"Yük avtomobillərinin paytaxta daxil olması ilə bağlı konkret marşrut istiqamətinin müəyyən edilməsinə sürücülər bir müddət əvvəl etiraz etmişdi. Nazirlər Kabinetinin Yol hərəkətinin təhlükəsizliyi Komissiyasının sədri Hacıbala Abutalıbov onlarla görüş keçirdi. Həmin görüşdə noyabrın 15-dən bu bu prosesə kameraların nəzarət edəcəyini açıqladı. Biz də həmin görüşdə iştirak etmişdik. Yük avtomobillərinin hərəkəti ilə bağlı məsələyə həssaslıqla yanaşmağı tövsiyə edirəm. 2015-ci ildə qəbul edilmiş qərarda konkret olaraq sürücülərin hansı marşrut xətti üzrə hərəkət etməli olduqları açıqlanıb. Bütün inkişaf etmiş ölkələrdə hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün yük avtomobillərin hərəkəti ilə bağlı qaydalar var.

Sürücülər göstərilən marşrut üzrə hərəkət etsələr, heç bir problem yaşamayacaqlar. Əks halda, quraşdırılmış kameralar vasitəsilə qayda pozuntuları qeydə alınacaq. Qaydanı pozanlar qanuna müvafiq olaraq cərimələnəcək. İnzibati tənbeh tədbiri müəyyən ediləcək”.

V.Əsədov bu kameraların işləməsinin müsbət tərəflərindən danışıb:

"Bu kameraların işləmə prinsipinin təsdiq edilməsi sürücü-polis arasında xoşgəlməz hallara mane olacaq. Bu qərar həm də avtomatik idarəetmə sisteminin yaradılmasının göstəricidir. Hər bir sürücü bilir ki, kimliyindən asılı olmayaraq kameradan yayına bilməyəcək. Bu, həmçinin yol hərəkətində mədəniyyətin formalaşmasına səbəb olacaq. Çünki yük avtomobillərinin kor-koranə hərəkəti, düzgün olmayan yerdə maşınları park etmələri uzun müddətli sıxlığa, yol nəqliyyat hadisələrinə və ləngimələrə səbəb olurdu”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol