• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana bu dəfə qapıçı robot gətiriləcək

Azərbaycana bu dəfə qapıçı robot gətiriləcək
08.11.2018 17:54
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan "Robokiper” ölkəmizə gətiriləcək.

Nazirlikdən Anews.az-a verilən məlumata görə, "Robokiper” bu il dekabrın 4-dən 7-dək baş tutacaq "Bakutel -2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan "Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan "Robokiper” dünyanın hər yerində böyük maraqla qarşılanır.

"Bakutel 2018” iştirakçıları "Robokiper”-ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə "Azercell” şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, "Aloff” firması tərəfindən isə futbol topu təqdim ediləcək.

"Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. Qeyd edək ki, "Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov "Robokiper”-in qapısına qol vurmağa çalışacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol