• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran-Lerik şosesində torpaq sürüşməsi

Lənkəran-Lerik şosesində torpaq sürüşməsi
28.10.2014 09:56
Oktyabrın 25-dən davam edən güclü yağışlar nəticəsində Lənkəran-Lerik sosesində yenidən torpaq sürüşmələri baş verib.APA-nın cənub bürosunun məlumatına görə, sürüşmə və torpaq uçqunları yolun əsasən 17, 43 və 49-cu kilometrliklərində qeydə alınıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası gecə-gündüz əraziyə nəzarət edərək, yola tökülmüş gil, torpaq qatını təmizləməklə məşğul olublar. İdarənin rəisi Elxan Əliyevin APA-ya verdiyi məlumata görə, sözü gedən ərazidə sürüşmələrə qarşı ilboyu tədbirlərin görülməsinə baxmayaraq, sürüşmələr stabilləşmir, əksinə, daha da aktivləşir. İdarə rəisi bunun başlıca səbəbini  yay fəslinin quraqlıq, payızın isə yağmurlu keçməsi ilə əlaqələndirib. Mövcud çətinliklərə baxmayaraq, Lənkəran-Lerik şosesi hazırda sürücülərin üzünə açıqdır. Bununla belə, havaların yenidən yağmurlu keçəcəyi təqdirdə, yolda torpaq uçqunlarının və sürüşmələrin yenidən təkrarlanacağı qaçılmazdır. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol