• $
  • €
  • ₽
  • ₺
  • £

Obama ilə görüşəcək azərbaycanlı danışdı - VİDEO

Obama ilə görüşəcək azərbaycanlı danışdı - VİDEO
28.10.2014 09:29
Bir azərbaycanlı yeniyetmə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə görüşəcək. ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, 15 yaşlı Məhəmməd Abdulla artıq 10 ildən çoxdur ki, Birləşmiş Ştatların Florida ştatında yaşayır və hazırda 9-cu sinifdə oxuyur. Bu gün Məhəmməd öz ağlı və savadı ilə Birləşmiş Ştatlarda seçilmiş 30 məktəblidən biridir. Məhz bu fəqliliyinə görə də Məhəmməd Birləşmiş Ştatlar prezidenti Bakar Obama ilə görüşmək imkanı əldə edib. Ona bu görüşü əldə etməyə şərait yaradan isə “Broadcom Masters” elm və mühəndislik müsabiqəsinin qaliblərindən biri olmasıdır. Məktəblilər Ağ Evdə Barak Obama ilə görüşdə də öz işləri barədə təqdimat edəcəklər. Məhəmməd isə Obama ilə görüşməyin həyacənını yaşayır. Məhəmməd uşaqlıqdan Birləşmiş Ştatlarda yaşayır Azərbaycanca başa düşsə də danışmaqda çətinlik çəkdiyindən onunla söhbətimizi ingis dilində aparırıq."Mən həqiqətən də çox həyəcanlıyam. Obama əhəmiyyətli bir şəxdir. Onunla görüş bizim üçün bir stimuldur və mən buna görə çox şadam. Düşünürəm ki, Obama ilə görüş bizim gələcək fəaliyyətimizə də təsir edəcək. Obama ilə görüş bizim üçün böyük bir şansdır. Və biz ona həm də öz layihələrimizi göstərəcəyik”, deyə Məhəmməd Abdulla bildirdi.Qalib şagirdlər öz layihələrini Vaşinqtonda nümayiş etdirmək şansı da əldə ediblər. Məhəmmədin işi riyaziyyatın tibbdə istifadəsi ilə bağlıdır. Azərbaycan dilində hələ danışa bilməsə də, ölkəmizlə bağlı planları da var:“Mən gələcəkdə həkim-kardioloq olmağı düşünürəm və bu sahədə biliyimi daha da artıracam. Gələcəkdə isə bəlkə Azərbaycana qaydıb bildiklərimi orada da tətbiq etdim”.“Broadcom Masters” Amerikada orta məktəb şagirdləri üçün ən nüfuzlu elm müsabiqəsi hesab olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri “Novator” tədqiqat işləri ən nüfuzlu alimlər tərəfindən qiymətləndirilir. Məhəmmədin də işi ABŞ-da 2 mindən artıq şagird arasından seçilib.Qeyd edək ki, bu məktəbli məşhur disident, Azərbaycanın azadlığı uğurunda mübarizəyə görə ömrünün dörtdə birini Sibirdə sürgündə keçirən şair Gülhüseyn Hüseynoğlunun nəvəsidir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol