• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda həbsxana psixoloqları hazırlanır

Azərbaycanda həbsxana psixoloqları hazırlanır
09.11.2018 20:30
Azadlıqdan məhrumedilmə, cəmiyyətdən təcridolunma, adi həyat qaydasından fərq, doğma və yaxınlarından uzaqda qalma, yad mühitdə keçirilən illər – bütün bu faktorlar insan psixologiyasına mənfi təsir edir. 

Dəmir barmaqlıqlar arasına düşən məhkumlar ağır stress keçirir və bu onların davranışlarında özünü göstərir. Bu vəziyyəti normal qarşılamaq, bir müddət bu şəraitdə yaşamağa öyrəşmək üçün həmin şəxsə psixoloq köməyi vacibdir.
Azərbaycan həbsxanalarında bu işlər necə aparılır?

Oxu.Az bu sualla tanınmış hüquqşünas, Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalova müraciət edib. 

"Azərbaycan həbsxanalarında psixoloqlar formal olaraq var, ancaq onların işindən xeyir çox azdır. Psixoloq tibb məntəqəsində deyil, administrasiya tərkibində olur, yəni onlar da məhkumların rəhbərləri kimi "rütbəlidirlər”. Ona etibar ola bilərmi?”, - Zeynalov deyib. 
Müsahibimiz qeyd edib ki, psixoloqların bir hissəsi isə vaxtaşırı kolonda görünür. 

"Əgər məhkumun zabitlərlə və ya digər məhkumlarla münaqişəsi olsa? Əgər məhkumun həyat yoldaşı görüş zamanı boşanma barədə xəbər versə, vəziyyət necə olacaq? Rəis narahat məhbusu hansı baraka yerləşdirməyə necə qərar verir?”, - Eldar Zeynalov soruşub. 
Onun sözlərinə görə, hazırda həbsxana psixoloqları Azərbaycandakı universitetlərdən birində hazırlanır: 

"Bu barədə eşitmişəm. Və belə sual meydana çıxır: Həmin tələbənin, müəllimin məhkumların, həbsxana personalının psixoloji vəziyyətindən xəbəri var?
Görürəm ki, məhkumlar ədalətli və ya əsassız olaraq psixoloqlara deyil, həbsxana personalına, həkimlərə, həbsxanadakı dükan satıcılarına və başqalarına şikayət edir”, - Eldar Zeynalov əlavə edib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol