• $
  • €
  • ₽
  • ₺
  • £

Bu tələbələr təhsil haqqından azad oluna bilər

Bu tələbələr təhsil haqqından azad oluna bilər
09.11.2018 22:00
Əlilliyi olan tələbələr təhsil haqqından azad edilməlidir. Bu təkliflə millət vəkili Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı çıxış edib.

Onun sözlərinə görə, təhsil haqqını ödəyə bilmədiyinə görə, hazırda 1 əlil gənc universiteti buraxmaq məcburiyyətində qalıb".

anews.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Taleh Kərimov - Görmə əngəlli: Bakı Slavyan universitetinin rus dili müəllimliyi fakültəsini qurtarmışam. Məndə ödənişli idi. 1200 manat pul ödəyirdim. Bu da çətin idi. Güzəşt olsa yaxşı olar. Bizdən sonrakılar var, hansı ki, ödəyə bilmirlər".

Qənirə Paşayeva - Millət vəkili: "Bizim ali məktəblərdə nə qədər əlil gənc təhsil alır ki, biz onları ödənişli əsaslarla təhsil almasından azad etməyək. Axı bu adamlar məsələn gözü görmür. Amma əziyyət çəkir instituta girir, bu gəlir pullu əsaslarla düşür və bəzən oxumaq imkanları olmur. Bunların sayı çox azdır, dövlət büdcəsi üçün böyük bir vəsait deyil ki, buna gedilməsin".

ADPU-nun pedoqoji fakultəsinin dekanı Buludxan Xəlilov deyir ki, universitetdə fiziki məhdudiyyəti olan tələbələr smestr imtahanlarını fərdi qaydada verirlər. Ödənişli əsaslarla təhsil alan həmin tələbələrin təhsil haqlarından da azad edilməsi yaxşı olar.

Buludxan Xəlilov - ADPU-nun dekanı: "Cəmiyyətdə fəal olmalıdılar. Fəallığın ilkin şərtlərindən biri ondan ibarətdir ki, belə tələbələrə qayğı lazımdır. Əgər ödənişli oxuyurlarsa, onların təhsil haqları dövlət tərəfindən ödənilsə, onların fəallığı bir az da artar. Çünki bu mənəvi bir cəhətdir".
Bununla bərabər ekspertlərin əlilliyi olan tələblərlə bağlı başqa təklifləri də var.

Kamran Əsədov - Təhsil eksperti: "Hazırda bütün ölkə üzrə istər fiziki məhdudiyəti olan və olmayan şəxslər bərabər hüquqlu imtahan verir. 1ci ondan başlamaq lazımdır ki, müəyyən əllilik dərəcəsi olan şəxslər digər qəbul imtahanları formatında verməlidirlər. Onlar üçün qəbul imtahanları daha asan olmalıdır.  Biz onlarla sadələşmiş qəbul imtahanları keçirsək, qəbul olacaqları təqdirdə təhsil haqlarını ödəsək, təhsilin əl çatımlığı təmin olunacaq"

Ekspertlərin sözlərinə görə, dövlət tərəfindən əlliliyi olan tələbələrə güzəştlərin edilməsi onların həm cəmiyyətə qatılmasına, həm də daha çox sosiallaşmasına gətirib çıxaracaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol