• $
  • €
  • ₽
  • ₺
  • £

Tənqidlərə tuş gələn Mehriban Xanlarova: "Elə kişiyə o da azdır"

Tənqidlərə tuş gələn Mehriban Xanlarova: "Elə kişiyə o da azdır"
10.11.2018 17:49


Bir müddət öncə "Canım sizə desin” verilişində azərbaycanlı Vandamla rəqsinə görə sərt tənqid olunan və verilişi bağlanan əməkdar artist Mehriban Xanlarova bu dəfə "Təhminə” serialında canlandırdığı Aliyə obrazına görə tamaşaçılar tərəfindən qınağa tuş gəlib.

Yenicag.az-a açıqlama verən əməkdar artist getdiyi yerlərdə insanların obrazla bağlı iradları ilə qarşılaşdığını deyib:

"Təhminə” serialında Aliyə obrazım bir çox tamaşaçıları qıcıqlandırdı. Bu da təbii oyunumdan irəli gəlir. Hətta qarşımı kəsib deyənlər də olub ki, niyə ərini o günə qoyursan. Mən də deyirəm ki, elə kişiyə o da azdır. Serialda həyat yoldaşım Ənvər bütün günahları məndə görür, yola getmir, sonra da boşanır. Həyatda elə ərim olsaydı, eyni cür davranardım. Çoxları obrazımı bəyəndiklərini deyir”.


Aktrisa illər öncə çəkilən "Təhminə” filmini də xatırlayıb:

"O vaxt Rasim Ocaqov məni "Təhminə” serialında baş rola çəkəcəkdi, hətta Fəxrəddin Manafovla sınaq çəkilişlərim də oldu. Lakin sonradan bilmədim, nə baş verdi, gördüm ki, Türkiyədən yerimə aktrisa dəvət edilib. Məni dəyişib, Meral Konratı çəkdilər. Əsl Təhminə elə özüməm. Əslində Təhminə əxlaqsız qız deyil, cəmiyyət onu əxlaqsız kimi qəbul edir”.

Əməkdar artist Qırğızıstanda keçiriləcək Teatr festivalına qatılacağını da bildirib: "Çingiz Aytmatovun yubileyi çərçivəsində Qırğızıstan Dövlət Teatrının səhnəsində festival keçiriləcək. Müxtəlif ölkələrin teatr kollektivləri ilə yanaşı Akademik Milli Dram Teatrının kollektivi də orada təmsil olunacaq. Mənim baş rolda çıxış etdiyim "Manqurt” tamaşası təqdim olunacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol