• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nüfuzlu şəxs dünyasını dəyişdi

Azərbaycanda nüfuzlu şəxs dünyasını dəyişdi
10.11.2018 19:41



Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov 80 yaşında vəfat edib,  bu barədə mərhumun oğlu Xəyyam İsmayılov məlumat verib.

Fərman İsmayılov onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Vida mərasimi bu gün saat 15:00-da Mirəli Seyidov küçəsi 31/38 (İlahiyyat məscidinin yanın) ünvanında baş tutacaq.

Fərman İsmayılov 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə alıb.

1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi qurtardıqdan sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasmda müəllim saxlanılıb, 1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun (AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) aspiranturasına qəbul olunub. 1970-ci ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasında müasir Qərb fəlsəfəsi üzrə "Fəlsəfə və ali dil (Linqvistik analiz fəlsəfəsinin metodoloji prinsiplərinin tənqidi)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin dissertasiya Azərbaycanda XX əsr Qərb fəlsəfəsi tarixinə həsr edilmiş ilk əsərdir.


Onun fəaliyyətinin böyük hissəsi M.F.Axundov adına Dillər İnstitutu ilə əlaqədardır; orada müəllim, baş müəllim, 1973-cü ildən dosent işləyib. 1970-ci ilin oktyabrında həmin institutun partiya komitəsinin katibi seçilib, müxtəlif fəxri fərmanlar alıb, iki dəfə Nəsimi rayonuna deputat seçilib. 1972-ci ildə "İdrak nəzəriyyəsi və linqvistik analiz" mövzusunda doktorluq dissertasiyası Tbilisi Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilib. 1978-ci ilin martında BDU-nun fəlsəfə kafedrasına dosent seçilib.

1996-cı ilin iyununda Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki D.004.06.01 İxtisaslaşdırılmış Elmi Şurası dissertasiya müdafiə etmədən fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdilliklə qərar qəbul edib. Bu qərar da Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib.

Müdafiədən sonra "İdrak nəzəriyyəsi və linqvistik analiz" kitabı çapdan çıxıb.

"XX əsr Qərb fəlsəfəsinin tarixi" adlı iki cilddən ibarət əsərin birinci cildi Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi qəbul edilib.

BDU-nun Şəki filialı yarandığı gündən F.İsmayılov onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olub. 1997-ci ilin mayında BDU-nun böyük Elmi Şurasında, habelə filialın nəzdində fəaliyyət göstərən namizədlik müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın üzvü, fılialın Elmi Şurasının sədri olub.

Müasir Qərb fəlsəfəsinə dair Azərbaycanda ilk elmlər doktorudur.

Allah rəhmət eləsin.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol